İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kişi Soçiyə uçan təyyarədə polisi “nokauta salmaqla” hədələyib - VİDEO

586 01.02.2024 15:39 Hadisə A A

Rusiyada təyyarədə polislə sərnişin arasında insident yaşanıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat  “ЧП Пермь” teleqram kanalında paylaşılıb.

Təyyarədə olan bir rus polis əməkdaşını hədələyərək Permdən Soçiyə uçan təyyarəni az qala dayandırmağa çalışıb.

İnternetdə yayımlanan görüntülərdə asayiş keşikçisi sərnişindən oturduğu yerdən qalxıb təyyarədən enməsini xahiş edir. Səs-küylü şəxs cavabında “Səni indi nokaut edəcəyəm!”, - deyə qışdırmağa başlayıb.

Perm hava limanından bildirilib ki, hadisə bu gün, səhər saatlarında baş verib.

Hava limanının nümayəndələrinin sözlərinə görə, sərnişin özünü nalayiq aparıb və polis tərəfindən saxlanılıb. Nəticədə reysin uçuşu 37 dəqiqə gecikməli olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR