İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hokkey meydanında quraşdırılmış kub qırılaraq işçinin üstünə düşüb - FOTO

514 24.08.2022 03:53 İdman A A

Rusiyanın Yaroslavl şəhərində “Lokomotiv” hokkey klubunun ev arenasında quraşdırılan kub buz meydançasına düşüb. Buna səbəb bucurqadlardan birinin sınması olub.

Bu barədə regional istintaq idarəsindən bildirilib.

Məlumata görə, hadisə yeni media-kub 16 metr hündürlükdə quraşdırılmağa hazırlaşarkən baş verib. Dörd ton ağırlığında obyekti qaldırarkən bucurqadlardan biri qırılıb, nəticədə metal karkas quraşdırmaya rəhbərlik edən ustanın üstünə düşüb. İlkin məlumata görə, 36 yaşlı kişi yüngül bədən xəsarətləri alıb, onun həyat və sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Baş verənlərlə əlaqədar Frunze rayonu üzrə vilayət istintaq idarəsinin istintaq şöbəsi tərəfindən istintaqaqədərki yoxlama təşkil edilib, yoxlamanın nəticələrinə əsasən prosessual qərar veriləcək.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR