İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dəhşət - 4 əcnəbi tələbə ölüb - VİDEO

568 05.06.2024 11:26 Hadisə A A

Rusiyanın Velikiy Novqorod şəhərində Hindistandan olan 4 tələbə çayda çimərkən boğulub.

BAKU.WS xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, faciə Volxov çayı üzərindəki körpü yaxınlığında baş verib. Üç oğlan və iki qız isti bir gündən sonra sərinləmək üçün suya girəndə güclü axın onları aparmağa başlayıb.

Şahidlər tələbələrə kömək etməyə çalışıblar, lakin sudan yalnız biri çıxa bilib. Hazırda o, xəstəxanaya yerləşdirilib. Həlak olanların hamısı 18-20 yaş aralığında olub.

Region prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR