İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada buğda istehsalı kəskin azaldı

467 12.12.2023 01:33 Dünya A A

Dekabrın 8-nə olan məlumata görə, Rusiyada buğda istehsalı təmizlənməmiş formada 95 milyon ton təşkil edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 105,6 milyon ton olmuşdu. Bu isə istehsalın 10 faiz azalması deməkdir.

Qeyd olunan tarixədək 29,1 milyon hektardan (2022-ci ildə 29,3 milyon hektardan) buğda biçilib, məhsuldarlıq 32,7 s/ha (36,1 s/ha) olub. Ümumilikdə Rusiyada 46,5 milyon hektardan (46,3 milyon hektar) taxıl və paxlalı bitkilər biçilib, 31,9 s/ha (34,1 s/ha) məhsuldarlıqla 148,3 milyon ton taxıl (158,1 milyon ton) toplanıb.

Rusiyalı mütəxəssislərin verdiyi məlumata görə, əksər bölgələrdə buğdanın yığımına az qalmış düşən güclü yağıntılar məhsulun keyfiyyətini kəskin şəkildə aşağı salıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR