İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN Qarabağda antiterror əməliyyatı ilə bağlı MƏLUMAT YAYDI

4051 19.09.2023 14:50 Son xəbər A A

"Hazırda Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı, o cümlədən Azərbaycan tərəfi ilə təmaslar aparır".

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya XİN bu təmasların nəticələrinə əsasən bəyanat verəcək: "Hazırda bizim, o cümlədən Azərbaycan tərəfi ilə əlaqələrimiz var. Düşünürəm ki, yaxın vaxtlarda təmasların nəticələrinə əsasən Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq bəyanat veriləcək".

Zaxarova qeyd edib ki, Rusiya Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşvişə düşüb: "Rusiya Federasiyası münaqişə tərəflərini Qarabağda axan qanı dayandırmağa və diplomatik həll yoluna qayıtmağa çağırır".

Zaxarova onu da qeyd edib ki, Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinə baxmayaraq, Qarabağda öz funksiyalarını yerinə yetirməkdə davam edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR