İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN məlumat yaydı: Azərbaycanda...

1998 06.06.2024 20:29 Dünya A A

Rusiyanın “Mir” ödəniş sisteminin kartları Azərbaycanda tədricən dövriyyəyə buraxılmağa başlayıb.

Musavat.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən “Rusiya - Azərbaycan” sessiyasında deyib.

“Biz çox yüksək qiymətləndiririk ki, “Mir” kartları getdikcə Azərbaycanda dövriyyəyə buraxılır. Bu yanaşmaya görə azərbaycanlı dostlarımıza minnətdarıq. Bu, turizm sahəsində əlaqələrin inkişafına böyük töhfə verir və rusiyalı turistlər üçün çox vacibdir” - o qeyd edib.

XİN rəsmisi sessiyadan sonra jurnalistlərə izah edib ki, VTB bankomatlarında Mir sistem kartından istifadə etməklə Azərbaycan manatını çıxarmaq mümkündür.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bu ilin fevralında Mir ödəniş sisteminə qarşı sanksiya tətbiq edib. Nəticədə Ermənistanda, Qırğızıstanda və Qazaxıstanda bu kartlara xidmət dayandırılıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR