İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN Lavrov-Mirzoyan danışıqlarının detallarını açıqlayıb - YENİLƏNİB

661 30.11.2023 17:49 Dünya A A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Skopyedə ATƏT Nazirlər Şurası çərçivəsində keçirilən görüşdə müxtəlif səviyyələrdə gələcək təmasların zəruriliyini təsdiqləyiblər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-nin Lavrov-Mirzoyan görüşü ilə bağlı yaydığı məlumata bildirilib.

“Görüşdə regional məsələlər üzrə fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlər toplusu əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Müxtəlif səviyyələrdə gələcək təmaslara olan tələb təsdiqlənib”, - Rusiya XİN-in məlumatında qeyd olunub.

O da bildirilib ki, tərəflər həmçinin, ikitərəfli gündəliyin aktual məsələlərini və beynəlxalq platformalarda və ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

***

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Şimali Makedoniyada keçirilən ATƏT XİN başçıları şurasının iclası çərçivəsində baş tutub.

Lavrov-Mirzoyan danışıqları barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova teleqram kanalında paylaşım edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR