İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vədinə əməl etmədi: OPEC+ razılaşmasını pozdu

576 10.07.2024 17:00 Dünya A A

Rusiya may ayındakı 9,253 milyon barellə müqayisədə iyunda sutkada 9,139 milyon barel neft hasil edib.

Musavat.com xəbər verir ki, bu barədə OPEC OPEC+ sazişinin icrasına nəzarət edən ikinci dərəcəli informasiya mənbələrinə istinadən məlumat yayıb.

Könüllü azalma öhdəliklərinə əsasən, Rusiya may ayında sutkada 9,05 milyon barel, iyunda isə 8,979 milyon barel neft hasil etməli idi. Reallıqda may ayında ölkə bu planları sutkada 200 min barel, iyunda isə 160 min barel üstələyib.

OPEC əvvəlki məlumatlara da retroaktiv olaraq yenidən baxır - iyun hesabatında Rusiyanın may ayında sutkada 9,182 milyon barel hasil etdiyi bildirilir. Aprel ayı üzrə göstəricilər dəyişməyib - 9,301 milyon barel, bu isə kvotanın sutkada 200 min barrel keçildiyi deməkdir. Beləliklə, aprel-iyun aylarında Rusiyanın kvotanı aşması sutkada 560 min barelə çatıb.

Bundan əvvəl Rusiyanın Energetika Nazirliyi may ayında OPEC+ sazişi üzrə “razılaşdırılmış səviyyələrin məhdud həddə” aşıldığını açıqlayaraq, iyun ayında artıq istehsalın kompensasiya olunacağını vəd etmişdi. Lakin açıqlanan məlumatlar göstərir ki, vədə əməl olunmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR