İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın taxıl bazarlarını ələ keçirir

4481 24.07.2023 19:56 İqtisadiyyat A A

İyulun 1-dən bəri Rusiyanın buğda ixracı rekord həddə çatıb. Rusiya Taxıl İttifaqının monitorinqləri göstərir ki, bu müddətdə xaricə ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 dəfə çox - 3 milyon 258 min ton buğda ixrac olunub.

Bütövlükdə taxıl ixracı ayın əvvəlindən bəri 1.7 dəfə artmaqla 4 milyon 120 min ton təşkil edib.

Buğda ilə yanaşı, Rusiya çovdarının ixracı 3.2 dəfə, qarğıdalının ixracı isə 44 faiz artıb.

İyulun 3 həftəsində Rusiya buğdasının alışını ən çox Səudiyyə Ərəbistanı artırıb. Bu ölkə ötən ilin eyni dövründəkindən 2.2 dəfə çox - 428 min ton buğda alıb. Ondan sonra gələn Misir alışı 85 faiz artırmaqla 345 min tona, İsrail 1.9 dəfə artırmaqla 198 min tona çatdırıb.
Bundan əlavə, İran və Türkiyə qarğıdalı, Tunis, Liviya, İran çovdar alışını kəskin artırıblar.

Göründüyü kimi, Ukraynanın taxıl bazarlarını ələ keçirən Rusiyanın bu ölkənin dünya bazarına yolunu məhz öz iqtisadi-siyasi maraqlarına görə bağladığını rəqəmlərdən aydın görmək olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR