İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynadan elə şey tələb etdi ki... - ŞOK

1390 02.04.2024 15:21 Dünya A A

Rusiya Ukraynadan terrora dəstək verdiyi üçün ölkənin təhlükəsizlik xidmətinin rəhbərini təhvil verməsini tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Rusiyada Terrorizmlə Mübarizə və Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiya çərçivəsində həyata keçirilən terror aktlarında iştirak edən bütün şəxslərin dərhal həbs edilərək təhvil verilməsi üçün Ukrayna hakimiyyətinə rəsmi müraciət edilib.

Ekstradisiya tələb olunanlar arasında Ukrayna Kəşfiyyat Xidmətinin rəhbəri Vasil Malyuk da var.

Rusiya tərəfi öz bəyanatında Kiyev rejimindən terror fəaliyyətlərinə hər cür dəstəyi dərhal dayandırmağı, cinayətkarları təhvil verməyi və zərərçəkənlərə dəymiş ziyanı ödəməyi tələb edib.

Ukrayna Rusiyanın tələbləri ilə bağlı bəyanatında Moskvanın tələblərinin mənasız olduğunu bildirərək tələbi rədd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR