İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya: türməyə düşən miqrantlar ölkədən deportasiya oluna bilər

491 11.07.2024 14:56 Dünya A A

Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Dövlət Dumasına cəza çəkən miqrantların məcburi deportasiyası haqqında qanun layihəsi təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

İzahatda qeyd olunur ki, Baş Prokurorluğun məlumatına görə, ötən il miqrantlar arasında cinayətkarlıqda 75% artım qeydə alınıb. Miqrantlar tərəfindən törədilən ağır və xüsusilə ağır cinayətlərin 21% artmasından da söhbət gedir. Buna misal olaraq bu ilin iyul ayında “Match TV” kanalının əməkdaşını zorlamaqda şübhəli bilinən üç xarici vətəndaşın saxlanmasını göstərmək olar.

Qanun layihəsi əcnəbi vətəndaşların Rusiyada cinayət cəzasını çəkdikdən sonra məcburi deportasiyasını təklif edir. Bunun üçün miqrantlarla bağlı Rusiya Federasiyası ərazisində qalmalarının arzuolunmazlığı barədə qərar qəbul edilməsi təklif edilir.

Bundan əvvəl “Baza” Telegram kanalı işsiz miqrant ailələrinin Rusiyaya girişinə qadağa qoyula biləcəyini, uşaqlarının rus dilindən baza imtahanından sonra məktəblərə aparılmasının planlaşdırıldığını, əcnəbilərin isə vahid “idarə olunan işə qəbul” üsulu ilə işə götürüləcəyini bildirmişdi.

Əvvəllər ekspertlər hesab edirdilər ki, Rusiya əhalisinin sayını taraz saxlamaq üçün ildə 1,1 milyon miqrant tələb olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR