İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya taxılının Avropa İttifaqına idxalı qadağan oluna bilər  

438 06.03.2024 18:12 İqtisadiyyat A A

Litva Seymi (parlamenti) Rusiya taxılının Avropa İttifaqı ölkələrinə idxalına qadağa qoyulması üçün Aİ səviyyəsində petisiya verəcək.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin kənd işləri üzrə komitəsinin sədri Viktoras Prankietis məlumat verib: "Komitə öz iclasında yekdilliklə Seymin Avropa Komissiyasını Rusiya taxılının icma ərazisinə idxalını - həm idxal, həm də tranzitini qadağan etməyə çağıran qətnamə qəbul etməsinin zəruriliyini bəyan edir".

Sədrin sözlərinə görə, komitə dərhal öz mövqeyini martın 10-da yaz sessiyası açılacaq parlamentə təqdim edəcək.

Bəzi Litvalı siyasətçilər milli səviyyədə Rusiya taxılının idxalına qadağa qoyulmasının lehinə danışıblar. Bununla belə, kənd təsərrüfatı naziri Kestutis Navickas xəbərdarlıq edib ki, bununla Vilnüs beynəlxalq müqavilələri poza bilər. O, taxıl müqavilələrinin çoxtərəfli əsasda bağlandığını xatırladıb.
Xatırladaq ki, analoji təkliflər son vaxtlar digər Baltik ölkələri, həmçinin Polşada da səsləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR