İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya sərhədçilərinin Nerkin Handda nə işi var?"

1218 29.02.2024 16:10 Region A A

Yəqin unutmusunuz ki, 2020-ci ildə 44 günlük müharibə olub, ondan sonra Qarabağ ərazisinə sülhməramlı qoşunlar gətirilib. Rusiya kontingentinin müəyyən hissəsi təhlükəsizlik məsələlərini həll etmək üçün Sünik bölgəsinə köçüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputat Armen Xaçatryan tərəfindən səslənib.

Xaçatryan rus sərhədçilərinin hansı əsaslarla Nerkin Hand kəndində olduğunu anlamadıqlarını deyib. Çünki onun sözlərinə görə, Ermənistanın bununla bağlı heç bir razılığı yoxdur.

“Bütün hüquqi suallara cavab verilməlidir – bu mandat hansı əsaslarla ruslara verilib? Bunlar Rusiya sərhəd qoşunlarının nümayəndələridir. 2021-ci il vəziyyətinə görə onlar təhlükəsizlik problemlərini həll etmək üçün oraya yerləşdiriliblər. O zaman onlara ehtiyac var idi. Eyni yerdəyişmə Gorusda da baş verdi. Həmin vaxt bu Qarabağda sülhməramlı qoşunların təhlükəsizliyini təmin etmək üçün lazım idi”, - Xaçatryan izah edib.

Deputatın sözlərinə görə, araşdırma Ermənistanın Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi ilə birgə aparılacaq. “Bütün hüquqi problemlər öyrəniləcək – kmin harada və nə qədər səlahiyyəti var incələnəcək”, – deyə Armen Xaçatryan yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR