İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfiri Kəlbəcərdə - ermənilərə atəşin “privet”!

5694 01.06.2022 15:23 Yazarlar A A

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Kəlbəcərə səfər edən nümayəndələri arasında Rusiya səfiri Mixail Boçarnikov da var imiş. Bu barədə ölkənin Bakıdakı diplomatik nümayəndəliyinin “Twitter” səhifəsindəki məlumatdan bəlli olub.

Xəbər verildiyi kimi, səfərdə məqsəd diplomatları erməni işğalı dövründə torpaqlarımızda törətdikləri vandalizm faktları ilə əyani tanışlıq idi.

Sözsüz ki, bu qəşəng xəbər ermənilərin, xüsusən də onların revanşist-radikal kəsiminin onsuz da təlx olan ovqatına bir az da soğan doğrayacaq. Təkcə işğaldan azad edilmiş ərazilərimizə Rusiya səfirinin ilk dəfə baş çəkməsi faktına görə yox, həm də cənab Boçarnikovun erməni vandalizm faktları ilə tanış olmaq istəyinə görə. Bunu da unutmayaq ki, ermənilərin gorbagor olmuş ATƏT-in Minsk Qrupunun hələ də həmsədr dövləti saydıqları Rusiya onlar üçün sıradan bir ölkə deyil. Faktiki yeganə xilaskar, tarixi və çağdaş himayədar rolundadır. 30 illik işğal ortağıdır...

Xatırladaq ki, Kəlbəcər rayonu 10 noyabr 2020-ci il üçtərəfli kapitulyasiya sənədi əsasında 15 noyabr 2020-ci ilədək boşaldılmalı olsa da, Vladimir Putinin xahişi ilə Bakı ermənilərə daha 10 gün möhlət vermişdi. Az sonra məlum oldu ki, bu vəhşi qəbilənin nümayəndələri, ikiayaqlı məxluqlar bizim növbəti humanizmimizdən də öz ənənəvi xəbis niyyətləri üçün yararlanıblar – çıxarkən onlara məxsus olmayan evləri yandırıb, ərazidə təzə minalar basdırıblar. Azərbaycan xalqına qarşı digər, irili- xırdalı cinayətlər, o sırada Kəlbəcərdə törədilmiş “Tunel qırğını” da öz yerində.

291123bb-e36e-47e4-93a9-bca037cade51.jpg (56 KB)

Şəksiz ki, Boçarnikov sayı-hesabı bilinməyən bu kimi erməni vandalizmi və vəhşilikləri haqda indi daha dolğun təsəvvürə malikdir. Başqa rayonlarımıza getsə, lap çox gerçəyi öyrənəcək təbii ki. Çünki Azərbaycan atalar məsəlində deyildiyi kimi, “çox yaşayan çox bilməz, çox gəzən çox bilər”...

Bu rusiyalı diplomatın azad edilən ərazilərimizə birinci səfəri idi. Az öncə şeytanın qıçını sındıran Almaniya səfiri Volfqanq Maniq kimi, onun Şuşaya da baş çəkəcəyinə şübhə eləmirik. Hər halda buna qarşı hüquqi, siyasi, mənəvi maneə yoxdur. Rusiya ərazi bütövlüyümüzü tanıyırsa, hansı ki, 22 fevral (2022) Moskva Bəyannaməsi ilə bir daha, bu dəfə Putinin imzası ilə öz təsdiqini tapıb, niyə də Boçarnikov Şuşada da şəkil çəkdirməsin?

O olmasa belə, onun xələfinin Şuşadan gec-tez ermənilərə atəşin bir “privet” göndərəcəyinə əminik...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR