İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya pomidor idxalını da rüsumlardan azad edir

983 26.01.2024 21:55 İqtisadiyyat A A

Avrasiya İqtisadi Komissiyası (AİK) Şurası may ayının sonuna qədər Rusiyaya 100 min tona qədər, Belarusa isə 6 min tona qədər orta və iri ölçülü pomidorların idxalının gömrük rüsumlarından azad edilməsi barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə komissiyanın press-relizində məlumat verilib.

Press-relizdə bildirilir ki, güzəşt qabırğalı, uzunsov və albalı formalı pomidorlar istisna olmaqla, orta və iri meyvəli pomidorlara şamil olunur.

Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnev qeyd edib ki, hazırda pomidora tələbatın artması, eləcə də kənd təsərrüfatı istehsalçılarının bir pomidor növündən digərinə qismən yönləndirilməsi tendensiyası müşahidə olunur: "İstixana pomidorlarının istehsalının kəskin artırılmasının mümkünsüzlüyü səbəbindən idxal qısa müddətdə bazarı tarazlaşdırmağa kömək edəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR