İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya kütləvi HÜCUMA KEÇDİ - Zelenski ÇAĞIRIŞ ETDİ

1648 01.06.2024 13:28 Son xəbər A A

İyunun 1-nə keçən gecə Rusiya qoşunları 100 PUA və raketdən istifadə edərək Ukraynanı kütləvi bombardman edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski məlumat yayıb.

“Mülkilər, infrastruktur, enerji obyektləri… Bu gecə 50-dən çox müxtəlif tipli raketdən və 50-yə yaxın “Şahid” PUA-sından istifadə ilə Ukraynanın cənubuna, mərkəzinə və qərbinə növbəti hücum olub”, - o bildirib.

Zelenski deyib ki, Rusiyanın əsas məqsədi kifayət qədər hava hücumundan müdafiə sistemlərinin olmamasından istifadə etməkdir:

“Ukrayna üçün əlavə “Patriot” və digər müasir hava hücumundan müdafiə sistemləri, F-16 tədarükünün sürətləndirilməsi və genişləndirilməsi lazımdır. Putin mülki şəxsləri və mülki infrastrukturu hədəfə almaq qabiliyyətini itirdikdə terrorunu dayandırmağa məcbur olacaq. Bu, azad dünya üçün insanlıq və qətiyyət sınağıdır. Ya biz bu sınaqdan birlikdə keçəcəyik, ya da dünya daha da sabitsizliyə və xaosa qərq olacaq”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da “Canlı debat” verilişində hərbi ekspert Elxan Şıxəliyevlə müzakirə edəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR