İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İranla əməkdaşlıq müqaviləsini DAYANDIRDI

1732 11.06.2024 14:34 Siyasət A A

Moskva və Tehran arasında hərtərəfli əməkdaşlığa dair yeni saziş iranlı tərəfdaşların üzləşdiyi problemlərə görə dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov RİA Novosti-yə müsahibəsində bildirib. 

“Bu, iki ölkə rəhbərliyinin strateji qərarıdır. Proses iranlı tərəfdaşlarımızın yaşadıqları problemlərə görə dayandı”, - Kabulov deyib.

İran tərəfi hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Rusiya ilə İran arasında münasibətlər 2001-ci ildə imzalanmış və hər beş ildən bir avtomatik yenilənən saziş əsasında qurulub.

Lakin son illər Moskva və Tehran bu qənaətə gəliblər ki, bu sənəd yeni geosiyasi reallıqlara və daha yüksək əməkdaşlıq səviyyəsinə cavab vermir. Yeni saziş üzərində aktiv iş 2022-ci ilin yanvarında Rəisinin Moskvaya səfərindən sonra başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR