İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Qazaxıstan arasında müharibə ola bilər – şok gəlişmə Mirmahmud Mirəlioğlu ilə “Canlı debat”da

731 20.06.2022 11:46 Gündəm A A

Rusiya yenidən Qazaxıstan neftinin dünya bazarına çıxışını əngəlləməyə başlayıb. Belə ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin Rusiyanın Ukraynada yaratdığı qondarma qurumları tanımayacaqları barədə açıqlaması, həmçinin Rusiyanin ona vermək istədiyi “Aleksandr Nevski” ordenindən imtina etməsindən 1 gün sonra məlum olub ki, Novorocciysk limanından neft yüklənməsi dayandırılıb.

Rusiya tərəfi Qazaxıstan neftinin əsas ixrac limanında guya Sovet dövründən qalma minaların aşkarlandığını, buna görə limandan bütün ixracın dayandırıldığını açıqlayıb. Minaların zərərsizləşdirilməsinə iyunun 20-də başlanacağı, prosesin ayın sonunadək davam edəcəyi qeyd olunur.
Qeyd edək ki, Qazaxıstanın nefti Xəzər Boru Kəməri ilə Novorocciysk limanına, oradan isə dünya bazarına çatdırılır. Hər il bu boru ilə 55-57 milyon ton Qazaxıstan nefti tədarük olunur.

Xatırladaq ki, mart ayında da Avropa Birliyinin Rusiya neftinə embarqo məsələsi gündəmə gətirilən zaman Rusiya limanla Qazaxıstan neftinin nəqlini 3 həftə müddətində dayandırmışdı. Həmin vaxt Qazaxıstan öz neftininbir hissəsinin Azərbaycan üzərindən dünya bazarına çıxarılması üçün zəruri addımlar atmağa başlayıb. Eyni zamanda Çinə ixracın artırılması istiqamətində də addımlar atılıb. Hansı ki, Qazaxıstanın Çinə neft ixracını artırması birbaşa Rusiyanın maraqlarına ziddir: Moskva Avropanın almadığı neftin əsas alıcılarından biri kimi məhz Çini görür.

Maraqlıdır ki, elə bu gün Qazaxıstanın öz ərazisindən Rusiya kömürünün nəqlini dayandırdığı məlum olub. Hazırda Qazaxıstan ərazisində 1700 vaqon Rusiya kömürünün yığılıb qaldığı bildirilir. Rəsmi Astana bunu Avropa Birliyinin sanksiyaları ilə əsaslandırır. Amma həmin sanksiyalar avqustun 1-dən qüvvəyə minəcək.

Qazaxıstanla yanaşı, Belarus da öz ərazisi ilə Rusiya kömürünün ixracını dayandırıb. Minsk bu barədə qərarı aprelin ortalarından verib - əsaslandırma yenə eynidir – Avropa Birliyinin avqustda qüvvəyə minəcək sanksiyaları...

Ukrayna müharibəsinin 4 ayı tamam olan ərəfədə dünyanın iki mühüm liderindən sensasion anons gəldi: “Savaş hələ uzun çəkəcək”.

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin uzun və baha başa gələ biləcəyi barədə xəbərdarlıq edib. O, Almaniyanın Bild am Sonntag qəzetinə deyib: "Biz bunun illər çəkə biləcəyinə hazırlaşmalıyıq. Ukraynanı dəstəkləməkdən əl çəkməməliyik". O əlavə edib: "Xərclər təkcə hərbi dəstəyə görə deyil, həm də artan enerji və ərzaq qiymətləri səbəbindən yüksəkdir".

Böyük Britaniyanın baş naziri Boris Conson da xəbərdarlıq edib ki, Ukraynadakı müharibə uzun sürə bilər və Ukrayna bir qədər də sürətlə silahlanmalı, avadanlıq, sursat və təlim almalıdır.

Kollektiv Qərb sanki bilərəkdən savaşın uzanmasını istəyir, hətta buna çalışır. Bəs burda maraq nə ola bilər? Rusiyanın savaşaraq tükənib, məğlub olmasını istəyir Qərb? Yoxsa başqa məqsəd var?

Halbuki müharibə yeni başlayanda əksəriyyət deyirdi ki, müharibə tezliklə başa çatacaq, Rusiya məğlub ediləcək, biabırçı şəkildə geri çəkiləcək. Müharibənin 4 ayının tamam olduğu bu günlərdə NATO baş katibi ilə B.Britaniya baş naziri isə deyirlər ki,savaş hələ uzun müddət davam edəcək.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ölkəsinin cənubunu heç kimə verməyəcəklər. O, əlavə edib ki, “özümüzə məxsus olan hər şeyi geri qaytaracağıq". Zelenski bildirib ki, cənub bölgələrindəki itkilər "əhəmiyyətli"dir, çoxlu dağılmış evlər, mülki maddi-texniki təchizatın pozulması və bir sıra sosial problemlər var. O, hər şeyin bərpa olunacağına inandığını dilə gətirib.

Ukraynanın hazırda 25 faiz ərazisinin Rusiya ordusu tərəfindən işğal olunduğunu nəzərə alsaq, Ukraynanı qabaqda hələ daha böyük işlərin, savaşların gözlədiyi məlumdur. Bəs Zelenskidə bu inam hardandır?

Bu və gündəmdəki bir çox xəbərlərin şərhini bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. KXCP sədri Mirmahmud Mirəlioğli suallarımızı cavablandıracaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR