İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Paşinyan QIRĞINA çıxdı: Hoqqabazlıq eləmə! Detallar! - CANLI

1265 02.08.2023 16:02 Gündəm A A

“Mən Moskvadan hələ heç bir dəvət almamışam”.

Musavat.com bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews” telekanalına müsahibəsində “Prezident Vladimir Putin sizi və Azərbaycan Prezidentini danışıqların yeni raundu üçün Moskvaya dəvət edib. Rusiyanın bu regiona indiki təsiri barədə nə deyə bilərsiniz” sualını cavablandırarəkən deyib. Rusiyanın regiona təsiri barədə Baş nazir bunları deyib:

“Əlbəttə, bilirsiniz ki, Ukraynada baş verən hadisələri nəzərə alaraq, təkcə Rusiyanın deyil, digər geosiyasi oyunçuların da regionumuza diqqəti getdikcə azalır, çünki Ukrayna demək olar ki, bütün beynəlxalq diqqəti özünə yönəldir.

Amma Rusiya bizim regionda var, Qarabağda var, Ermənistan Respublikasında var, amma Avropa İttifaqı (Aİ) da var: Aİ-nin Ermənistanla Azərbaycan sərhədində mülki missiyası yeni amildir. Təbii ki, missiya hər iki tərəfdə olmalı idi, çünki ilkin olaraq 6 oktyabr 2022-ci il tarixli dördtərəfli bəyanatın bir hissəsi kimi Praqada əldə olunan razılaşma... Avropa İttifaqının missiyası regionumuza ilk dəfə o zaman gəldi və ilkin olaraq razılaşma əldə edildi. Avropa İttifaqı missiyasının nümayəndələrinin sərhədin hər iki tərəfində olması barədə qərar qəbul edildi, lakin Azərbaycan nədənsə bundan imtina etdi”.

“Moskva xüsusilə hazırkı son dərəcə “ağır humanitar” vəziyyət fonunda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqqında mümkün arqumentləri anlaşılmaz hesab edir. Üstəlik, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Moskvanın kifayət qədər səy göstərməməsi ilə bağlı iddiaları ikiqat yersizdir”. Bunu isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Paşinyanın Qarabağdakı rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsinin tərəfdarı olduğu sözlərini şərh edərkən deyib. “Bizim sülhməramlılarımız mühüm funksiyaları yerinə yetirirlər. Buraya əsirlərin mübadiləsi, minaların təmizlənməsi, insidentlərin tənzimlənməsi və humanitar yardımın göstərilməsi daxildir. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyi üçün lazımsızdır, arzuolunmazdır və onlar bunun getməsini istəyirlər. Necəsə, qərar vermək lazımdır”, - o bildirib.

Zaxarova vurğulayıb ki, Ermənistan rəhbərliyinin nümayəndələri bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqe tuturlar: “Moskva sülhməramlıların fəaliyyətində qeyri-müəyyənliyin olmasını istəyir. Sözlərlə hoqqabazlıq yaxşılığa aparmır. Ən yüksək səviyyədə Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə töhfəsi dəfələrlə qeyd edilib və vəziyyətin normallaşdırılması üçün onun fəaliyyət göstərməsi tələbi vurğulanıb. Bütün bunları şübhə altına almaq cəhdləri yalnız suallar doğurur”.

TVMusavat-ın saat 16:00-da canlı efirində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR