İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə İranın bu addımı Trampla bağlıdır? – Peskovdan açıqlama

323 15.01.2025 13:30 Son xəbər A A

Moskva ilə Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanma tarixinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminin tarixi ilə heç bir əlaqəsi yoxdur.

Musavat.com xəbər verir ki, bunu İranın İRNA agentliyinə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Amerika prezidentinin andiçmə mərasimi ilk növbədə ABŞ vətəndaşlarını maraqlandıran, lakin “Rusiya-İran hərtərəfli razılaşmasının mahiyyətinə heç bir təsiri olmayan” hadisədir:

“Trampın hakimiyyətə gəlişi ərəfəsində İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması tarixinin seçilməsi ilə bağlı çoxsaylı fərziyyələr yalnız təbəssüm yaradır. Qoy konspirasiya nəzəriyyəçiləri əylənsinlər”.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkianın Moskvaya yanvarın 17-dən başlanacaq səfəri zamanı imzalanması nəzərdə tutulan hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin Rusiya ilə İran arasında münasibətlərin inkişafında ən mühüm mərhələyə çevriləcəyi planlaşdırılır.

İki ölkə rəsmilərinin sözlərinə görə, saziş ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir və Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrində, o cümlədən müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələrində yeni üfüqlər açacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR