İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mədəniyyətin ali təhsilə inteqrasiyası zəruri dəyişiklik kimi qəbul edilə bilər”- UNEC rektoru

189 14.03.2025 13:11 Təhsil A A

UNEC rektoru professor Ədalət Muradov rəsmi sosial hesabında ali təhsil müəssisələrinin əsas missiyası ilə bağlı fikirlərini paylaşıb.

Musavat.com xəbər verir ki, o, bu sözləri yazıb:

"Ali təhsil müəssisələrində (ATM) tələbələrə müasir biliklər vermək və zəruri bacarıqları aşılamaq nə qədər vacib olsa da, yetərli deyil. ATM-lərin əsas missiyası ictimai vahid kimi ictimai şüur və ictimai mədəniyyəti formalaşdırmaq, şəxsiyyətin yetişməsinə yardım etməkdir. Bu isə təhsildə dəyərlərin önə çəkilməsini tələb edir. Dəyərlərin formalaşması isə təhsildən çox, mədəniyyətin missiyasıdır! Ona görə də bilik və bacarıqlara fokuslanan mövcud təhsil prosesinə köklü dəyişiklik edərək, mədəniyyəti inteqrasiya etmək ali təhsildə zəruri dəyişikliklərin əsas trayektoriyası kimi qəbul edilə bilər.

Mövcud təhsil prosesinə mədəniyyətin inteqrasiyası ali təhsildə zəruri dəyişikliklərin əsas trayektoriyası kimi qəbul edilə bilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR