İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya ilə Amerika arasında bu sahədə də rəqabət gedir” - Qafar Çaxmaqlı DETALLARI açdı

633 13.07.2023 19:47 Siyasət A A

“Metsamor Atom Elektrik Stansiyasının istismar müddəti başa çatıb. Onun ləğv edilməsi bir neçə dəfə gündəmdə olub. Ermənistanın enerji ehtiyacını nəzərə alaraq AES-in fəaliyyətinin davam etdirilməsi nəzərdən keçirilib, müddət uzadılıb, enerji bloklarından yalnız biri işləyir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib.

Ekspert bildirib ki, Ermənistan Rusiyadan enerji asılılığını və siyasi olaraq Kremlin təsir imkanlarını azaltmaq üçün hazırda əlinə düşən fürsəti dəyərləndirmək istəyir: “İrəvan Metsamorun tamamilə ləğv olunmasının da zərərli olacağını hesablayır. ABŞ-la belə bir manevr etməklə Rusiyaya qarşı yeni bir “cəbhə” açmaq istəyib. Bu ilin əvvəlindən ABŞ-la danışıqlar aparılıb. Söhbət Metsamorun modernləşməsindən yox, yeni kiçik modul stansiyaların qurulmasından gedir. Amerika isə bunda maraqlıdır və Ermənistanda yeni atom texnologiyasının tətbiqi ilə bağlı danışıqlar aparılır”.

Qafar Çaxmaqlı hesab edir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfərində AES-lə bağlı planı onu reallaşdırmaq prosesinin başlandığını deməyə əsas verir: “Yeni modul reaktorların qurulması prosesi uzun çəkə bilər. Amma Rusiya Metsamorun və enerji sisteminin Amerikanın əlinə keçməsinə imkan verməyəcək. “Rosatom” özü də modul stansiyaların elə bu ərazidə, Metsamorun yerində tikilməsi ilə bağlı təkliflərini verməkdədir. Rusiya ilə Amerika arasında bu sahədə də rəqabət gedir. Bölgə üçün təhlükə mənbəyi olduğundan Metsamor AES-in tamamilə ləğv olunması tələb olunsa da, Ermənistan buna mane olur”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR