İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İlan adasından niyə döyüşsüz geri çəkildi?

1311 01.07.2022 23:35 Yazarlar A A

Rusiyanın gözlənilmədən İlan adasından geri çəkilməsi və bunu “xoş məram” kimi izah etməsi suallar doğurub. Qeyd edək ki, Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan İlan adası inzibati cəhətdən Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir.

Rumıniyanın su sərhədlərinə yaxın ərazidə yerləşən ada uzun müddət bu ölkə ilə Ukrayna arasında fikir ayrılığına səbəb olmuş və tərəflərdən hər biri adanın özünə aid olduğunu elan etmişdir. Adanı əhatə edən ərazi suları 2004-cü ildən 2009-cu ilə qədər Rumıniya və Ukrayna tərəfindən növbəti dəfə mübahisələndirilmiş, o zaman Beynəlxalq Ədalət Məhkəməsi adanı əhatə edən suların Rumıniyaya verilməsi ilə bağlı qərar çıxarmışdır.

Ukrayna 2007-ci ildə İlan adasının yaşayış üçün əlverişli ada statusunu sübut etmək və mübahisədə əlini gücləndirmək üçün adanın yeganə yaşayış məntəqəsi olan Beloe qəsəbəsini salmışdır. Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərirdi.

İlan adası Ukraynaya hücunun ilk günlərində Rusiyanın işğalı altına düşdü, buradakı hərbçiləri hətta Zelenski “ölümündən sonra” Ukrayna Qəhrəmanı adı versə də, sonradan məlum oldu ki, buradakı hərbçilər ölməyiblər, sadəcə təslim olublar...

Ukrayna bir neçə dəfə adanı azad etmək üçün hərbi əməliyyatlar keçirsə də, Rusiya burada yerləşdirdiyi hava hücumundan müdafiə sistemləri ilə buna imkan verməmişdilər. Bəs,Rusiya niyə qəfil belə bir qərar verdi, buna səbəb nə ola bilər?

teyyare.jpg (41 KB)

Ukrayna prezidenti Volodimir Zelenski İlan adasının azad edilməsinə görə Baş Kəşfiyyat İdarəsinə, “Alfa” döyüşçülərinə, topçulara, ordu aviasiyasına və Hərbi Hava Qüvvələrinin pilotlarına minnətdarlığını bildirib.

Dövlət başçısı İlan adasının strateji məntəqə olduğunu və onun azad edilməsinin Qara dənizdəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdiyini vurğulayıb. “Bu, hələ təhlükəsizliyə, düşmənin geri qayıtmayacağına zəmanət vermir. Ancaq işğalçıların hərəkətlərini xeyli məhdudlaşdırır. Onları addım-addım dənizimizdən, torpağımızdan, səmamızdan sıxışdırıb çıxaracağıq” deyə, Zelenski əlavə edib.

Ukrayna ordusunun adada yerləşib-yerləşmədiyi haqda dəqiq bilgi yoxdur. İddialara görə, hazırda Ukrayna hərbçilərinə adanın hava hücumundan müdafiəsini effektiv şəkildə təşkil etməyə imkanı yoxdur. Yəni Rusiya adanı həm sahildən, həm də havadan asanlıqla hədəf ala bilər.

Məlumata görə, adada hərbçi saxlamaq Rusiyaya kifayət qədər itkilərlə başa gəlirdi. Hərbçilər orada çətin şəraitdə tapşırıqlar yerinə yetirməli olurdular, eyni zamanda, adanıb təhcizatı kifayət qədər çətinliklər yaradırdı.

621cbfabe2bcc621cbfabe2bcd1646051243621cbfabe2bca621cbfabe2bcb.jpg (278 KB)

Bildirilir ki, Rusiyanın adadan geri çəkilməsinin əsas səbəbi bu bölgədə əməliyyat şəraitinin dəyişməsi ilə bağlıdır. İlan adası müharibənin ilk günlərində Rumıniya ərazisinin bir hissəsini, Dnepr və Qara dənizin şimal hissəsinə radar nəzarəti həyata keçirmək üçün vacib idi. Amma Xerson vilayəti və Oçakov yaxınlığında sahillərin böyük hissəsi artıq Rusiya işğalındadır. Bu isə Rusiyaya bilavasitə sahildə radiolokasiya stansiyaları, zenit-raket kompleksləri yerləşdirmək imkanı verir. Bu səbəbdən də İlan adasının hava hücumundan müdafiə və kəşfiyyat üçün əhəmiyyətini artıq itirib.

Rusiyanın hərbi mənbələri iddia edirlər ki, ukraynalı hərbçilərin hava hücumundan güclü müdafiə sistemləri olmadan İlan adasına hərbi qüvvə yerləşdirməsi “kütləvi məzarlıq” demək olar…

 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR