İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya Ermənistanda Paşinyana alternativ tapa bilmir, ona görə də..." - ŞOK

1032 11.06.2024 09:48 Siyasət A A

Məlum olduğu kimi məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin artıq İrəvana qayıdıb.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır", - Mixail Qaluzin Rusiya-Belarus ittifaq dövlətinin Nazirlər Şurasının yüksəksəviyyəli qrupunun iclası ərəfəsində deyib. O vurğulayıb ki, "səfirin məsləhətləşmələrə çağırılması tamamilə standart prosedurdur və tez-tez istifadə olunur".

Qeyd edək ki, səfirin Moskvaya çağrılması ətrafında xeyli müzakirələr yaranmışdı.

"Rusiya Ermənistandakı səfiri Sergey Kopırkini təxminən iki həftə əvvəl ona görə Moskvaya çağırmışdı ki, bəlkə Ermənistan rəsmiləri anti-Rusiya ritorikalarından əl çəkələr. Moskva səfirini yenidən İrəvana göndərib. Ancaq Ermənistan hökumətinin Rusiya siyasətində dəyişən bir şey yoxdur".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu öz Facebook səhifəsində mövzunu şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, Ermənistanın parlament sədri Alen Simonyan elə ötən gün Rusiyanın ünvanına ağır sözlər deyib. Bundan başqa Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını maliyyələşdirməkdən imtina edib.

"Moskvanı ən çox qıcıqlandıran isə Ermənistanın Ukraynadakı səfirinin rusiyalı hərbçilərin qətliam törətdiyi Buça şəhərinə səfəri və orada Rusiyanın ünvanına tənqidi fikirlər söyləməsi olub. Aydındır ki, səfir Ermənistan Xarici İşlər Nazirliyinin təlimatıyla Buçada olub. Buna baxmayaraq, Qərbdən istədiklərini ala bilməyən baş nazir Nikol Paşinyan Rusiya ilə dialoq yollarını açıq tutur. Öz növbəsində Kreml Ermənistanda Paşinyana alternativ tapa bilmir, elə buna görə də səfiri geri göndərib", deyə politoloq şərhində bildirib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR