İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya elektrik enerjisi güclərinin 20 faizi istehsalı dayandıra bilər  

920 22.03.2022 19:10 İqtisadiyyat A A

 

Rusiyanın elektrik enerjisi istehsalı sektoru sanksiyalar üzündən ciddi problemlərlə üzləşib.


Musavat.com xəbər verir ki, bu barədə məlumat Enerji İstehsalçıları Şurası Assosiasiyasının “Kommersant”a açıqlamasında yer alıb.

Rusiya enerji istehsalı sektorunu analiz edən Assosiasiya müəyyənləşdirib ki, ehtiyat hissələri və texniki xidmət olmadan xarici şirkətlərin məhsulu olan buxar-qaz turbinləri ilə işləyən enerji bloklarının istismarı tezliklə mümkünsüz hala gələcək. Buna görə də qurum belə blokların olduğu istilik elektrik mərkəzlərini bağlamaq, yaxud fəaliyyətini dondurmaq məcburiyyətinin yaranacağını gözləyir.

Qeyd edək ki, hazırda Rusiyanın enerji istehsalı müəssisələrində böyük istehsal gücünə malik 100-ə qədər xarici buxar-qaz turbini var. Bunlar “Siemens”, “General Electrik”, “Ansaldo”, “Alstom”, “Mitsubishi” kimi şirkətlərin istehsalı olan turbinlərdir. Onlar Rusiyada istehsal olunan ümumi elektrik enerjisinin 20 faizini verirlər. Bu, təxminən 35 geqavatt deməkdir.

Rusiya energetika nazirinin müavini Yevgeniy Qrabçak isə bildirib ki, energetiklərin mövcud xarici turbinləri digər ölkələrin məhsulu ilə əvəz etmək üçün 2 il vaxtları var. Bu müddətdə ya yerli istehsal təmin olunmalıdır, ya da analoji turbinlər Hindistan, Çin və ya İrandan alınmalıdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR