İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bazarı artıq tam olaraq Çinin əlindədir

1187 27.02.2024 17:44 Region A A

Ötən ilin sonunda Çindən Rusiyaya ixracın həcmi 111 milyard dollara çatıb. Bu, 2022-ci illə müqayisədə 47%, müharibədən əvvəlki 2021-ci ildən isə 65% çoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Bell” nəşri Çin gömrüyünün məlumatlarına istinadən məlumat yayıb.

“Çin üçün Rusiya Ukraynaya qarşı müharibə başlayandan sonra tətbiq edilən sanksiyalar şəraitində əhəmiyyətsiz bazardan orta ölçülü bazara çevrilib. Rusiya bazarı il ərzində ümumi ixrac həcminə görə 16-cı yerdən 7-ci yerə yüksəlib”,-deyə sayt qeyd edib.

Çinin Rusiyaya ixrac etdiyi malların ən populyar kateqoriyasını kompüterlər, tikinti maşınları və avadanlıqları təşkil edir. 2023-cü ildə Rusiyaya bu kateqoriyaya aid 25 milyard dollardan çox mal idxal edilib. Bu, ötən illə müqayisədə təxminən 50,5% çoxdur.

Faiz ifadəsində aparıcı kateqoriya nəqliyyat vasitələri və avtomobil hissələrinə məxsusdur. Ötən il bu kateqoriya üzrə ixrac 22,5 milyard dollar təşkil edib ki, bu da illik, 260% artım deməkdir.

The Bell-in hesablamalarına görə, Çinin ikili təyinatlı mallarının - əsasən də telekommunikasiya avadanlıqlarının tədarükünü 2023-cü ildə bir milyard dollar artaraq dörd yarım milyarda çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR