İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya alman zabitlərinin SƏS YAZISInı yaydı - ŞOK TƏFƏRRÜAT

2041 03.03.2024 21:12 Dünya A A

Rusiya Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərinin keçirdiyi toplantıdan səs yazılarını yayıb.

Musavat.com xəbər verir ki, Ukraynaya dəstək barədə söhbətlərin yer aldığı səs yazılarında zabitlər “Taurus” raketlərindən danışıb.

Həmin səs yazısında bu raketlərin Rusiyanın işğal etdiyi Krım yarımadasında inşa etdiyi körpünü texniki cəhətdən məhv edə biləcəyi müzakirə edilib. Almaniya kansleri Olaf Şolz səs yazılarının yayımlanmasını çox ciddi məsələ kimi qiymətləndirib və hadisəyə tez bir zamanda aydınlıq gətiriləcəyini açıqlayıb.

Səs yazısının qeydə alındığı iclasda Almaniya Hərbi Hava Qüvvələri komandanı general-leytenant İnqo Gerhartzın da iştirak etdiyi və görüşün Almaniyanın müdafiə naziri Boris Pistoriusu məlumatlandırmaq məqsədi ilə keçirildiyi bildirilir.

Almaniya Müdafiə Nazirliyi sözügedən səs yazısının necə əldə edildiyini araşdırır. Eyni zamanda Almaniya Hərbi Kəşfiyyat İdarəsinin bu istiqamətdə bütün lazımi tədbirlər gördüyü bildirilib.

Musavat.com

Almanya üretimi Taurus füzesi

Almanya üretimi Taurus füzesi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR