İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aktivlərindən əldə olunan gəlir ayrıca uçota alınacaq

438 30.01.2024 19:18 İqtisadiyyat A A

Rusiyanın dondurulmuş aktivlərinin Belçikadakı beynəlxalq Euroclear platformasına yenidən investisiya edilməsindən əldə olunan gəlir ayrıca uçota alınacaq. Financial Times (FT) xəbər verir ki, bu, Avropa Komissiyasının əvvəllər Aİ səfirləri tərəfindən razılaşdırılmış direktivində nəzərdə tutulub.

Qeyd edək ki, Rusiyanın ən çox aktivi bu platformada bloklanıb - 191 milyard avro.

Sənədlə tanış olan FT yazır ki, Aİ ölkələri yekdilliklə “Aİ büdcəsinə Ukraynanı dəstəkləmək üçün bu xalis mənfəətdən formalaşmalı olan maliyyə töhfəsi” barədə qərar qəbul etməlidir. Direktivdə deyilir ki, ödəniş “müqavilə öhdəliklərinə, həmçinin Aİ və beynəlxalq hüquqa uyğun olacaq”.

Üzv ölkələr həm də mərkəzi depozitarların hüquqi və inzibati xərcləri ödəmək üçün lazım olan vəsaitdən əlavə nə qədər tuta biləcəyini müəyyən edəcəklər. Bu cür tədbirlərin görülmə vaxtı hələ dəqiqləşdirilməyib. Yaxın həftələrdə rəsmiləşdirilməsi gözlənilən direktivdə Rusiyanın maliyyə aktivlərinin müsadirə edilməsi nəzərdə tutulmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR