İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya 61,2 ton pomidor və çiyələyi Azərbaycana qaytardı: SƏBƏB  

3694 27.07.2023 15:41 İqtisadiyyat A A

Rusiyada Karantin Fitosanitar Nəzarəti Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan Respublikası idarəsi Azərbaycandan gətirilən 61,2 ton bitki mənşəli yükü geri qaytarıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, idarə əməkdaşlarının yoxlamaları zamanı ümumi həcmi 47,2 ton olan 3 partiya pomidor, 14 tonluq 1 partiya çiyələyin fitosanitar sertifikatlarında rəsmi təsdiqlənməyən düzəlişlər, həmçinin etiketləmə məlumatlarının fitosanitar sertifikatlarına uyğun gəlməməsi halları aşkarlanıb.

İdarədən verilən məlumata görə, hər 4 faktla bağlı inzibati iş qaldırılıb, təqsirkarların müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün araşdırmalara başlanıb.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu hallarla bağlı açıqlama yayıb. Qurumdan Musavat.com-a bildirildiyinə görə, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb. Uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub. Belə ki, məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq 2023-cü il 24 iyul tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiya Federasiyasına ixracı həyata keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR