İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus qərargahı darmadağın oldu, 100-dən çox ölü... Polşa müharibəyə girir - CANLI

3209 17.11.2022 14:40 Gündəm A A

Ukrayna ordusu rus hərbçilərinin Melitopol şəhərindəki qərargahına zərbələr endirib. Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Dəqiq məlumata əsasən, noyabrın 15-də hərbçilərimiz rus ordusunun Melitopoldakı qərargahını darmadağın ediblər. Bundan başqa ordumuzun Zaporojye vilayətinin Konskie Rozdorı, Vladovka və Blaqoveşenka yaşayış məntəqələri ərazilərində keçirdiyi əməliyyatlar nəticəsində iki silah-sursat anbarı, iki BM-21 Qrad qurğusu və bir S-300 zenit-raket kompleksi məhv edilib”, - məlumatda qeyd olunub. Məlumata görə, 100-dən çox ölən və yaralanan var.

“Taxıl sazişi” 120 gün müddətinə uzadılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyənin ev sahibliyi ilə həyata keçirilən dördtərəfli danışıqlar çərçivəsində, Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında qəbul edilən qərarla Qara dəniz Taxıl Dəhlizi Anlaşması 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb.

TVMusavat-ın saat 15:00-da “Həftə içi” verilişində aparıcılar – Sevinc Telmanqızı ilə Emil Salamoğlu günün hadisələrini müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR