İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusu Ukraynada bataqlığa batdı: Hücum sürəti 16 dəfə azaldı

730 02.07.2026 15:41 Dünya A A

Ukraynada davam edən genişmiqyaslı müharibə fonunda Rusiya ordusunun cəbhə xəttindəki irəliləyiş tempinin kəskin şəkildə zəiflədiyi və strateji hücum potensialının minimal həddə düşdüyü rəsmən qeydə alınıb. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yaydığı son hesabatda Rusiya silahlı qüvvələrinin hücum sürətinin son bir il ərzində düz 16 dəfə azaldığı vurğulanıb.

Musavat.com xəbər verir ki, amerikalı hərbi analitiklərin qlobal kəşfiyyat məlumatlarına əsaslanan hesabatına görə, Rusiya ordusu böyük itkilər bahasına keçən ay ərzində Ukrayna ərazisində cəmi bir neçə on kilometrlik sahəni nəzarətə götürə bilib. Konkret rəqəmlərə müraciət edən ekspertlər qeyd edir ki, 2026-cı ilin iyun ayı ərzində Rusiya qoşunları Ukrayna ərazisində ümumilikdə cəmi 30,42 kvadratkilometr sahəni işğal edə bilib ki, bu da sutkada orta hesabla cəmi 1,01 kvadratkilometr irəliləyiş deməkdir.

Müqayisə üçün hərbi analitiklər ötən ilin eyni dövrünə aid statistik göstəriciləri təqdim ediblər. Məlum olub ki, 2025-ci ilin iyununda Rusiya ordusu Ukrayna daxilinə doğru daha sürətlə hərəkət edərək 481,25 kvadratkilometr ərazini ələ keçirmişdi və həmin vaxt gündəlik irəliləyiş tempi orta hesabla 16,04 kvadratkilometr təşkil edirdi. ISW mütəxəssisləri vurğulayırlar ki, artıq bir ildən çoxdur Rusiyanın ərazi qazancları son dərəcə ləng, məhdud və lokal xarakter daşıyır. Rusiya Federasiyası Silahlı Qüvvələri hazırda cəbhədə dərin strateji yarmalar reallaşdırmaq iqtidarında deyil və faktiki olaraq cəbhə xəttində yalnız yüzlərlə metr və ya bir neçə kilometrlik kiçik sahələrdə "addım-addım hücum" mərhələsinə geriləyib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR