İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus müğənniləri hər yerdən qovurlar

900 07.07.2023 16:40 Şou-biznes A A

Rusiyalı müğənni Qriqori Lepsin Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilməsi planlaşdırılan konserti ləğv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Azattık Radiosu məlumat yayıb.

Bununla bağlı informasiyanı tədbirin təşkilatçıları da təsdiqləyiblər. Onların sözlərinə görə, bu qərar şəhər sakinlərinin narazılığı səbəbindən verilib.

Qırğızıstan mətbuatı Lepsin ölkəyə özəl dəvət edildiyini bildirir. Daha əvvəl müğənninin Qazaxıstan və Özbəkistandakı konsertləri də ləğv edilmişdi.

Orta Asiyada Leps konsertlərinin ləğv edilməsindən əvvəl sosial şəbəkələrdə geniş müzakirələr gedir. Bir çox istifadəçilər Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən sənətçinin gəlişindən narazılıqlarını bildirirlər.

Xatırladaq ki, Qriqori Leps və müğənni Nikolay Baskov Ukrayna Silahlı Qüvvələrinin tanklarını məhv edən hər kəsə bir milyon rubl mükafat vəd ediblər. Onların bu elanı Orta Asiya sakinlərinin xüsusi qəzəbinə səbəb olub. Rusiyanın Ukraynaya təcavüzündən sonra rus sənətçiləri konsert verə biləcəkləri bazar payını itiriblər. Xüsusilə, açıq şəkildə müharibəyə dəstək verən artistlər getdikləri xarici ölkələrdə boykot edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR