İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus kəşfiyyatı YENİ GÖRÜNTÜLƏR yaydı: Duqinin qızının qatili sərhəddən belə keçib - VİDEO

4190 23.08.2022 13:12 Gündəm A A

Rusiya prezidenti Vladimir Putinin mentoru sayılan siyasi ekspert Aleksandr Duqinin qızı Darya Duqinanın öldürülməsi dünyanın gündəmindən düşmür.

Musavat.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Duqinanın qatili, 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Vovkun bəzi görüntülərini paylaşıb.

Təqdim edilən görüntülərdə Vovk Rusiya sərhədindən Estoniyaya çıxarkən sərhəddə avtomobil yoxlanışı zamanı görünür.

Rusiya mətbuatında yayılan görüntülərə görə, Duqinanın qətlini planlaşdırdığı deyilən Ukrayna vətəndaşı olan qadın iyulun 23-də Rusiyaya daxil olarkən avtomobili ilə sərhəd nəzarətində görünür. Digər görüntülərdə isə Duqinanın yaşadığı evin qarşısında gözləyərkən kameralara görünən qadın avqustun 21-də Rusiya sərhədindən Estoniyaya çıxıb.

Qeyd edək ki, Kremlin saytında Rusiya prezidenti Vladimir Putinin Tsarqrad müxbiri Darya Duqinanın peşə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə ölümündən sonra şücaət ordeni ilə təltif edilməsi haqqında qərarı imzaladığı bildirilib.

rusya-istihbarati-yeni-goruntuleri-servis-etti-15201045_300_m.jpg (29 KB)

Rusiya kəşfiyyatı Duqinanın qətlinin təfərrüatları ilə bağlı açıqlamasında, "Cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığı və törədildiyi müəyyən edilib. Qətl planını Ukrayna vətəndaşı 1979-cu il təvəllüdlü Natalya Vovk həyata keçirib. Vovk Duqinadan məlumat toplamaq üçün iyulun 23-də 12 yaşlı qızı ilə Rusiyaya gəlib, onun yaşadığı binada mənzil kirayələyib”, - deyə bildirilir.

rusya-istihbarati-yeni-goruntuleri-servis-etti-15201045_5736_m.jpg (33 KB)

Bildirilib ki, hücumdan sonra Vovk qızı ilə birlikdə Rusiyanın Pskov vilayətindən keçərək Estoniyaya qaçıb, Rusiyaya girərkən Donetsk Xalq Respublikası, Moskvada Qazaxıstan, çıxışda isə Ukrayna nömrə nişanından istifadə edib.

Musavat.com

47c268a1c371b79a212f0de719aa4b74.jpg (52 KB)

Без названия (3).jpg (87 KB)

Без названия (2).jpg (34 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR