İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus deputat Qazaxıstanı “tam hüquqi olmayan ərazi” adlandırdı

741 29.11.2023 15:30 Dünya A A

Dövlət Dumasının deputatı Yevgeni Fyodorov bildirib ki, Qazaxıstan beynəlxalq hüquqa uyğun olaraq Sovet İttifaqından ayrılmayıb, ona görə də ölkəni “tam hüquqi olmayan” ərazi hesab etmək olar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rus deputat Qazaxıstanın sovetyönlü “Xalq şurası” qrupunun separatizmdə və ölkənin müstəqilliyini inkar etməkdə təqsirli bilinən üzvlərinin hökmünü belə şərh edib.

Deputat deyib: “Sovet dövründə Qazaxıstan SSR səlahiyyət və statusa malik deyildi, dövlət içində dövlət idi. Hesab edirəm ki, Rusiya beynəlxalq hüququn ərazi bütövlüyünün aliliyi mövqeyinə qayıtmalı və müstəqil Qazaxıstanla beynəlxalq hüquq çərçivəsində müəyyən geosiyasi məhdudiyyətlərlə münasibətlər qurmalıdır”.

Qazaxıstanın müstəqil olmağa, dövlətçiliyə tam haqqı olduğunu deyən Fyodorov “məhdudiyyətlər” ifadəsini izah edərək deyib ki, bu ölkənin NATO-ya qoşulmasının, anti-Rusiya fəaliyyətinin və bunu edəcək beynəlxalq xarakterli müvafiq alətlərlə məşğul olmasının qarşısı alınmalıdır.

Fyodorov onu da əlavə edib ki, sovetyönlü “Xalq şurası” qrupunun üzvlərinin mövqeyi separatizm deyil, ekstremizmdir.

“Başa düşdüyüm qədər, Qazaxıstan bu gün Qazaxıstan SSR-in hüquqi varisidir, ona görə də bu halda hüquqi dillə desək, bu separatizm deyil, ekstremizmdir. Yenə deyirəm, mən sovetyönlü qrupun bu üzvlərində vahid vətənin bərpasına yönəlmiş mövqe eşitməmişəm. Bu, Qazaxıstanın daxili işidir”, - deyə o izah edib.

Bir gün əvvəl Qazaxıstanın Petropavlovsk şəhər məhkəməsi sovetyönlü “Xalq şurası” qrupunun dörd üzvünü separatçı fəaliyyətdə və dövlətin təhlükəsizliyinə xələl gətirmək üçün təbliğat apardıqlarına görə 7 ildən 9 ilədək həbs cəzasına məhkum edib. Məhkumların hamısı Petropavlovsk sakinləri və Qazaxıstan vətəndaşlarıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR