İnsanlara hürriyət, millətlərə istiqlal!

Runi Mbappeyə İngiltərə Premyer Liqasının klubuna keçməyi məsləhət görüb

685 20.12.2022 09:43 İdman A A

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi fransalı hücumçu Kilian Mbappeyə PSJ-dən ayrılmağı məsləhət görüb.

Trend xəbər verir ki, U.Runinin sözlərini "BeSoccer" portalı paylaşıb.

"Düşünürəm ki, Kilian öz klubunu tərk edib İngiltərə Premyer Liqasının komandasına getməlidir. PSJ böyük klubdur, amma məncə, onlar Liqa 1-də zirvəyə çatıblar", - deyə U.Runi bildirib.

Onun fikrincə, hücumçu Lionel Messi və Kriştianu Ronaldu səviyyəsinə çatmaq üçün "Mançester Yunayted" və ya "Real Madridə" getməlidir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR