İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Vardanyandan ŞOK ETİRAF

3535 20.09.2023 13:13 Son xəbər A A

Ötən ilin avqustundan Rusiyadan Qarabağa köçərək bölgədə gərginliyin artmasında rol oynayan cani Ruben Vardanyan Azərbaycanın başlatdığı antiterror tədbirləri nəticəsində ağır durumla üz-üzə qaldıqlarını etiraf edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Vardanyan 100-ə yaxın itki verdiklərini, yüzlərlə şəxsin yaralandığını bildirib.

O, “Reuters” agentliyinə müsahibəsində bildirib: “Bu, böyük müharibədir - Azərbaycan genişmiqyaslı əməliyyata başlayıb”.

Vardanyanın sözlərinə görə, Azərbaycan qüvvələri dünən gecə boyu döyüşləri davam etdirib. “Onlar əslində bizə deyirlər ki, getməliyik və ya bura Azərbaycanın bir hissəsidir. Əslində, bu, tipik bir etnik təmizləmə əməliyyatıdır və indi bir çox mülki vətəndaşın öldüyü müharibədir” - R.Vardanyan sarsaqlayıb.

O bildirib ki, dünya Qarabağın taleyinə məhəl qoymur: “Rusiya susur və əslində bütün bu hərbi əməliyyata məhəl qoymur. Ancaq təkcə Rusiya deyil, dünya susur. Heç kim heç nə etmir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR