İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Marqaryan: “KTMT-dən ingilissayağı ayrılma Ermənistana nə verəcək?”

650 22.11.2023 16:21 Dünya A A

 

Ermənistanın baş naziri Nikol Paşinyanın ardınca xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyan da Minskdə keçirilən KTMT tədbirlərində iştirakdan imtina ediblər.

“İrəvan KTMT ilə münasibətləri pozmağa nə qədər davam edəcək? O, strukturdan çıxmaq üçün rəsmi ərizə verəcəkmi? Bu, tamamilə mümkündür, amma vacib də sayılmır, çünki de-fakto Ermənistanın KTMT-dəki üzvlüyünü artıq dayandırılmış hesab etmək olar: İrəvanın KTMT-dəki nümayəndəsi geri çağırılıb; Ermənistanda KTMT təlimləri keçirilmir; Ermənistan KTMT-nin digər üzv ölkələrində keçirilən təlimlərdə iştirak etmir; İrəvan rəsmiləri KTMT hadisələrinə məhəl qoymur; KTMT-dən olan müşahidəçilərin Ermənistana gəlməsi missiyası bir bəhanə ilə rədd edilib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli analitik Ruben Marqaryanın yazısında qeyd olunub.

“Beləliklə, bu gün Ermənistanın KTMT-yə üzvlüyü proformal xarakter daşıyır. Əslində, Paşinyan KTMT-yə qarşı heç vaxt isti hisslər bəsləməyib. Müxalifətdə olarkən o, bu strukturu tənqid edib. Hakimiyyətə gəldikdən sonra isə KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açıb... İndi də finişə çatırıq, təşkilatın nüfuzuna ciddi zərbə vururuq. Üstəlik, Rusiyanın çətin zamanlar yaşadığı bir zamanda...

Ermənistan bunun müqabilində nə əldə edir? İrəvanın mövqeyi Ermənistanın təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verirmi? Yox. Əvəzində avropalı parlamentarilərin alqışları və Qarabağdan gələn ermənilərə yardım göstərmək üçün Ermənistan büdcəsinə pul ayrılıb. USAID rəhbəri Samanta Pauer bu yaxınlarda təşkilatının daha 4 milyon dollar ayırmağa hazır olduğunu açıqlayıb.

Moskva Ermənistana zərbə vuracaq addımlar atmaqla cavab verə bilərmi? Şübhəsiz ki. Moskva artıq İrəvana Rusiya və KTMT ilə sıx əməkdaşlıqdan aldığı bonusları xatırladıb. Amma bütün bunlara rəğmən, Ermənistan böyük ziyana uğrayacağını bilərək yenə də KTMT-dən ayrılır.

Paşinyan iqtidarı bununla bərabər Moskvanın sərt addımlar atmayacağına ümid edir, çünki onlar iqtidarın marağı ilə vətəndaşların maraqları arasındakı fərqi başa düşürlər. Çox güman ki, belə olacaq: İrəvanın bitərəf ölkə statusunu elan edərək, necə deyərlər ingilissayağı uzaqlaşmaq istəyəcək”,-deyə Marqaryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR