İnsanlara hürriyət, millətlərə istiqlal!

​Ronaldo razılıq verdi - Türk klubundan tarixi transfer

17165 02.05.2024 13:49 İdman A A

"Qalatasaray" Kriştiano Ronaldo ilə transferlə bağlı bəzi məsələlərdə anlaşıb.

Musavat.com metbuat.az-a istinadən xəbər verir ki, Ronaldo karyerasını yekunlaşdırmazdan əvvəl Avropada Çempionlar Liqasında oynayan klubda forma geyinmək istəyir. İddialara görə, menecerinə Avropada komanda tapmağı tapşıran Ronaldo "Qalatasaray"a transfer olmağa etiraz etməyib. Bildirilir ki, Ronaldo yeni klubunda az məvacibə də razıdır. Məlumata görə, Ronaldonun prioriteti artıq pul deyil. O, Çempionlar Liqasında meydana çıxmaqla karyerasını bitirmək istəyir.

Həmçinin Ronaldo oynayacağı çempionatda təzyiqlə üzləşmək istəmir. Ronaldonun İkardiyə zəng edərək "Qalatasaray"la bağlı məlumat aldığı deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR