İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ronaldo əfsanədir, amma transferi mümkün deyil"

943 09.12.2022 10:25 İdman A A

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Kriştiano Ronaldonu transfer edəcəkləri ilə bağlı bir müddət əvvvəl yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında deyib:

“O, əfsanədir, ulduzdur. Mən onu həm futbolçu, həm də peşəkar kimi heyranam və sevirəm. O, heyrətamiz oyunçudur. İndi 37 yaşı var və hələ də gözəl oynayır.

Hər klub onunla müqavilə imzalamaq istəyir. Bizim isə onun mövqeyində çoxlu futbolçularımız var. Düzünü desəm, bu, mümkün deyil”.

Xatırladaq ki, son klubu "Mançester Yunayted" olan 37 yaşlı Ronaldo ötən ay İngiltərə təmsilçisindən ayrılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR