İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəy sorğusu Aİ-nin Azərbaycandakı nüfuzunun artdığını göstərir FOTO

577 15.09.2023 18:49 Sosial A A

2023-cü ildə Azərbaycanda həyata keçirilən illik rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycan vətəndaşlarının əksəriyyəti (61%) Avropa İttifaqı (Aİ) haqqında müsbət fikirdədir. Bu, rəy sorğularının ilk dəfə keçirilməyə başladığı 2016-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Həmin il rəyi soruşulanların cəmi 27%-i Aİ haqqında müsbət fikirdə idi. 2022-ci ildə isə bu göstərici 48% olub. 

Ən son sorğu 2023-cü ilin fevral ayında bütöv ölkə ərazisində 1 000 nəfərdən ibarət nümunə respondent arasında üz-üzə müsahibələr vasitəsilə həyata keçirilib. Bu rəy sorğuları 2016-cı ildən etibarən hər il Azərbaycanda və digər beş Şərq Qonşuluğu regionu ölkələrində “EU NEIGHBOURS EAST” proqramı tərəfindən aparılır.

Sorğuların ilk dəfə həyata keçirilməyə başladığı 2016-cı il ildə qeydə alınan 71% ilə müqayisədə bu il 80% azərbaycanlı (indiyə qədər qeydə alınmış ən yüksək göstərici) ölkəsinin Aİ ilə yaxşı əlaqələrə malik olduğunu düşünür.

Sorğu göstərir ki, Aİ Azərbaycanda ən çox etibar edilən beynəlxalq qurumdur. 

Getdikcə daha çox Azərbaycan əhalisi Aİ-nin öz ölkəsinə göstərdiyi maliyyə dəstəyi barədə xəbərdardır. Belə ki, keçən il qeydə alınan 30% ilə müqayisədə, 2023-cü ildə 40% respondent Aİ-nin maliyyə dəstəyi haqqında məlumatlı olduğunu bildirib. Respondentlərin ən çox istinad etdiyi Aİ təşəbbüsləri və proqramları arasında Gənc Avropa səfirləri (29%) və Erasmus+ proqramı (25%) olub.

Sorğuda iştirak edənlərin yarıdan bir qədər çoxu (52%) Aİ-nin Azərbaycanda məşğulluğun dəstəklənməsində daha çox rol oynamasını, 46%-i təhsil sahəsinə, 45%-i isə səhiyyə sektoruna diqqətin artırılmasını istəyir.

Rəyi soruşulan hər iki respondentdən biri Avropa İttifaqının nə olduğunu çox yaxşı və ya kifayət qədər yaxşı bildiyini, 61%-i isə Aİ-nin Azərbaycanda Nümayəndəliyinin olduğunu bildirib.

SORGU.png (315 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR