İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Suren Surenyants: Ermənistanda yeni keyfiyyətdə müxalifət formalaşdırmaq lazımdır

427 01.12.2023 02:33 Dünya A A

Son günlər Nikol Paşinyanın çevrəsindən olan fiqurlar növbədənkənar seçki mövzusunu daha da gücləndiriblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq, revanşist fikirləri ilə tanınan Suren Surenyants yazır.

“Paşinyan bir daha “növbədənkənar seçkilər” adı altında iqtidarını gücləndirmək istəyir, lakin müxalifət növbədənkənar seçki ideyasına “müharibə” elan etməməlidir.

Birincisi, legitim hakimiyyətin formalaşması üçün mahiyyətcə başqa mexanizm yoxdur. İkincisi, iqtidarın müxalifətin fobiyaları ilə oynamasına imkan vermək olmaz. Hazırkı iqtidarın “yaşayış qabiliyyəti”nin düsturu məhz budur. Və nəhayət, problem növbədənkənar seçkilər vasitəsilə hakimiyyətin qaçılmaz reproduksiyasında deyil, indiki müxalifətin keyfiyyətsiz olmasındadır. 

Deməli, ən mühüm vəzifə seçkilərdən qorxmayan müxalifət formalaşdırmaqdır”, - deyə Surenyants yazıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR