İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Ovannisyan: “Dövlət olmayanda kilsə dövlətin işinə qarışır”

459 08.05.2024 16:27 Siyasət A A

"Dövlət mövcud olmadıqda və ya ən mühüm vəzifələrini yerinə yetirmədikdə kilsə dövlətin işlərinə qarışır"

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan “Facebook” səhifəsində yazıb.

Ovannisyanın fikrincə, Ermənistanın hazırkı hakimiyyətinin “milli dini” orduya qarşı müharibə, Qarabağ ermənilərinə qarşı müharibə, kilsəyə qarşı müharibə, diaspora qarşı müharibə, 1991-2018-ci illər müstəqillik tarixinə qarşı müharibədir.

"Bu nifrət uzun müddət davam etdi, ona görə də itkilər çox böyük oldu. Artıq dayanmaq vaxtı çatıb. O (Ermənistanın baş naziri Nikol Paşinyan - red.) soruşur ki, kilsə niyə siyasi proseslərə müdaxilə edir? Cavab vermək lazımdır. Açıq-aydın dövlət olmadıqda və ya dövlət öz ən mühüm vəzifələrini təmin etmədikdə müdaxilə edir”, - deyə revanşist politoloq yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR