İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist keşiş ABŞ səfirini TƏNQİD ETDİ

633 03.06.2024 13:49 Son xəbər A A

Revanşist keşiş Baqrat Qalstanyan İstintaq Komitəsində etiraz aksiyası keçirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ora getməzdən əvvəl hərəkat iştirakçıları Komitas prospektində yerləşən Müqəddəs Xaç Kilsəsinin həyətinə toplaşıblar.

Qalstanyanın sözlərinə görə, bu gündən etibarən hərəkatın diplomatları bütün səfirliklərə, Aİ-nin Ermənistandakı nümayəndəliyinə baş çəkəcək.

Baqrat Qalstanyan Nikol Paşinyanın keçmiş tərəfdaşı Edmon Marukyan tərəfindən irəli sürülən növbədənkənar seçki mövzusundan da danışıb.

“Bu mövzuya toxunmayaq, bu barədə danışmayaq. Vaxtı gələndə bu barədə danışacağıq”, - deyə keşiş bildirib.

Revanşist keşiş ABŞ səfirini də tənqid edib.

“40 polis bir nəfəri döyərkən ABŞ səfiri polis islahatlarından necə danışa bilər, bu islahatlara külli miqdarda vəsait ayıra bilər? Kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Ovannisyan XİN binasının yaxınlığında içəriyə sürüklənib və on nəfər onun başına zərbələr endirib. Bu, ikiüzlülük deyilmi? Əvvəllər bir adamı üç polis döyürdüsə, indi qırxı vurur”, - deyə Baqrat Qalstanyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR