İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsulzadənin virtual ev muzeyi yaradılıb

517 30.01.2024 17:11 Son xəbər A A

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin virtual ev muzeyi yaradılıb.

Musavat.com xəbər verir ki, bu barədə "II Beynəlxalq Rəsulzadə qiraətləri” adlı konfransda məlumat verilib.

Qeyd edilib ki, muzey vasitəsilə Rəsulzadənin Bakıda yaşadığı İslam Səfərli-15 (keçmiş Vorontsovskaya-15) ünvanındakı mənzilinə virtual səyahət etmək olar.

Hazırda virtual ev muzeyi üzərində 15 nəfər işləyir. Virtual muzeyin yaradılmasında süni intellektdən istifadə olunur.

Nigar HƏSƏNLİ,
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR