İnsanlara hürriyət, millətlərə istiqlal!

Rektor UNEC nəzdində kolleclərə yeni təyin olunmuş direktorlarla görüşüb

613 09.07.2024 10:33 Ölkə A A

UNEC rektoru professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində olan kolleclərə yeni təyin olnmuş direktorlarla görüşüb.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov, Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov, Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva ilə yanaşı, UNEC-in müvafiq struktur rəhbərləri də iştirak ediblər.

Yeni direktorları təbrik edən prof.Ədalət Muradov onlara fəaliyyətlərində uğurlar arzulayıb. Kolleclərdəki təhsilin müasir tələbələrə cavab verməsi üçün zəruri addımların atılmasının vacibliyindən danışan rektor, bu istiqamətdə yeni direktorlar üçün təlimlərin təşkil olunmasının əhəmiyyətini vurğulayıb. O, rəqəmsal UNEC-də tətbiq olunan elektron tədris və idarəetmə prosesinin kolleclərə inteqrasiyası, Bir pəncərə sistemi, kollec tələbələrinin UNEC-in elektron kitabxana resurslarına çıxış imkanı əldə etməsi, tələbələrin kolleclərdəki yeniliklər barədə operativ məlumatlandırılması məqsədilə müvafiq struktur rəhbərlərinin iştirakı ilə direktorlar üçün təlimlərin keçiriləcəyini bildirib.

Sonra rektorun müşaviri Fərrux Tuzçuoğlu kolleclərin fəaliyyəti barədə Türkiyə təcrübəsi əsasında hazırladığı təqdimatı direktorlarla bölüşüb.

Təlimlər 2 gün davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR