İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid"in qərarı Arda Güləri duyğulandırdı: Ağlayaraq anasına zəng etdi

2329 17.10.2023 20:00 İdman A A

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Arda Gülər zədələndikdən aylar sonra meydana qayıdır.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti gənc ulduza qarşıdakı Sevilya və ya Braqa ilə matçda şans verməyi düşünür.

Ançelotti ilə danışdıqdan sonra formasına qovuşacağını öyrənən Arda Gülər çox emosional olub. Göz yaşlarını saxlaya bilməyən gənc ulduz görüşdən sonra dərhal anasına zəng edib.

“Bernabeu”da ilk matçımı keçirəcəyim an gəldi. Bu ən böyük arzum idi”, - deyə o bildirib.

Arda Gülərin komandanın qarşıdakı 3 matçından birində “Real Madrid” formasını geyinəcəyi gözlənilir. Milli futbolçu “Sevilya”, “Braqa” və ya “Barselona” matçlarının birində çıxış edəcək.

Xatırladaq ki, “Real Madrid” klubu Türkiyə millisinin üzvü Arda Güleri icarəyə verməyi planlaşdırırdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR