İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real"dan "Fənərbaxça"ya fantastik təklif - 50 milyona razılaşdılar

6494 04.10.2023 15:00 İdman A A

Arda Gülerdən sonra “Real Madrid” “Fənərbaxça”nın daha bir ulduz futbolçusunu transfer edə bilər.

Modriçin əvəzinə futbolçu axtaran “Real Madrid” “Fənərbaxça”nın 24 yaşlı polşalı futbolçusu Sebastian Şimanskini transfer etmək üçün hərəkətə keçib. Türkiyə mediasının iddiasına görə, “Real Madrid” futbolçu üçün 50 milyon avro təklif edib. "Fənərbaxça"nın təklifə razılıq verdiyi irəli sürülür. Futbolçuya Avropanın bir sıra klublarından təklif olduğu qeyd edilib.

Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini 9,75 milyon avroya Moskva "Dinamo"sundan transfer edib. Sebastyan Şimanski "Fənərbaxça"da 11 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib./Metbuat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR