İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı

1103 11.03.2024 21:42 Son xəbər A A

Sabah Ramazan ayının ikinci günüdür.

İmsak vaxtı 05:31, iftar isə 18:59-a təyin olunub.

İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhimlisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”//News24.az

Allah orucunuzu qəbul etsin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR