İnsanlara hürriyət, millətlərə istiqlal!

Rahidə Baxışova 3-cü dəfə ƏRƏ GEDİR? – VİDEO

5783 13.05.2024 10:03 Şou-biznes A A

Müğənni Rahidə Baxışova şəxsi həyatından söz açıb.

Bu haqda sənətçi “Şou xəbər” verilişinə müsahibəsində danışıb.

Baxışova bildirib ki, iki dəfə ailə həyatı qurub:

“Gəlinliyi əynimə ilk dəfə 2001-ci ildə geyinmişəm. Sonra da geyinmişəm... Atalar üç dəfədən deyib (gülür)... Kim istəyər ki, bir dəfə ailə həyatı qurub sonra isə ikinci dəfə ailə həyatı qurmağı düşünsün. Amma taleyim belə gətirdi ki, mən iki dəfə ailə həyatı qurdum. Heç də peşman deyiləm. Çünki gözəl övladlarım var”.

Müxbirin “Bildiyimizə görə, iyulun ya 8 ya da ki 15... Əcnəbi vətəndaşdır? Gizli olan xəbərləri siz təsdiqləmiş oldunuz” sözlərinə Rahidə “İndidən demə... Yox! Sizə kamera arxası dediklərimi kamera önündə deyirsiniz” deyərək etiraz edib.

“Toy mediaya bağlı olacaq?” sualına Rahidə “Əlbəttə! Mənim bundan əvvəl hər iki toyum mediaya qapalı keçib” cavabını verib. (Bizim.Media)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR