İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru sərhədlərin bağlı olması ilə bağlı YENİ AÇIQLAMA

11725 07.08.2023 15:44 Gündəm A A

Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi  əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir. Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar.

Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş Azərbaycan Respublikasında da turizmin inkişafına maraq artıb və bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı  göstərilir.

Belə olan halda  ,böyük turizm imkanlarına malik olan Azərbaycanda bu potensialdan nə üçün  lazımınca istifadə olunmur?

Ölkəyə əsas gəlir gətirən bir sahənin inkişafını ləngidən səbəblər nədir?

Vüqar Bayramov: "Qarabağ ruhlar şəhərlərinə çevrilib"

Musavat.com Medianews.az-a istinadən xəbər verir ki,  iqtisadçı, professor Vüqar Bayramov bildirir ki, son illər Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır:

“Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb. Bu o deməkdir ki, Azərbaycana gələn Avropalıların sayı artıb, Ərəblərin sayı isə azalıb. Ən yüksək artımlar isə Çin (7,2 dəfə artım), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub.

Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.

Ekspert: “Dövlət elə bir şərait qurmaq istəyir ki, geri dönüş də maraqlı olsun” - 07.02.2021, Sputnik Azərbaycan

Medianews.az -a danışan əmlak məsələləri üzrə ekspert Elnur Feyzullayev isə vurğulayır ki, pandemiya dövründən bu yana quru  sərhədlərin bağlı olması  səbəbindən insanlar dincəlmək üçün   xarici ölkələrə deyil,  bölgələrə üz tuturlarlar:

“Buna görədə 3 ildir ki, Azərbaycanın turistik bölgələrinə insan axını həddən çoxdur. Azərbaycanın istər şimal, istər cənub, istər də qərb bölgələrində daxili turizm daha çox inkişaf edib. Həmin bölgələrdə  daxili turizmin inkişafı evlərin qiymətinə təsir edib, o  ərazilərdə təlabatı artırıb. Eyni zamanda, təlabatın çox olduğu bölgələrdə olan  hotellərin, günlük evlərin qiyməti paytaxt qiymətləri ilə eyniləşib. Bu səbəbdən turistik bölgələrə sahibkarlar daha çox maraq göstərir, həyət evləri, qeyri-yaşayış obyektləri almaqda maraqlıdırlar. Çünki bu  bölgələrə yatırım edərək gəlir əldə etmək  daha sərfəlidir.

Başqa bir tərəfdən, Bakı və Abşeron ərazilərində bağ evlərinin satışı zəifləyib. Səbəb kimi, insanlar Bakı və ətraf əraziləri deyil, səfalı yerlərdən ev almağa üstünük verirlər. Məlum məsələdir ki, bu gün Bakının qıraq ərazilərində dənizə çıxış məhdudlaşdırılıb, dəniz hasarlanıb. Eyni zamanda ,yaşayış massivləri sıx olduğundan istirahət etmək əlverişli deyil”.

Ekspertin sözlərinə görə, bölgələrə turist axını həmin yerlərdə insanların güzaranını yaxşılaşdırır, yerli əhalinin gəlirlərini artırır:

“Turistik bölgələrdə olan insanlar öz evlərini gələn turistə kirayə verməklə  həm gəlir əldə edirlər, həm də kafe ,restoranlarda işlək vəziyyətdə olur. Odur ki, quru sərhədlər bağlı olduğundan ölkəmizə gələn turistlərin sayı azalıb. Daha çox ölkəyə gələn xaricdə yaşayan azərbaycanlılar idi ki, onlar öz avtomobilləri ilə yay aylarında həm öz vətənlərinə gəlir, həm də dincəlirlər. Xüsusi ilə , əvvəlki illərdə  İrandan gələn turistlər Azərbaycabda  çoxluq təşkil edirdi. Quru sərhədlərin bağlı olması xarici turist axınını azalsa da, daxili turizm inkişafına şərait yaratdı. Statistikaya nəzər salsaq, hər il ölkədən xarici ölkələrə gedənlərin  sayı çox idi. Bu o demək idi ki, azərbaycanlılar digər ölkələrə səyahət edərək  milyonlarla pul yatırırdılar. Quru sərhədlərin bağlı olması, təyyarə biletlərin baha olması səbəbindən artıq insanlar xarici ölkələrə deyil, yerli turistik bölgələrə  pul xərcləyirlər. Bu da həm ölkə iqtisadiyyatına, həm də turizmin inkişafına müsbət təsir göstərir”.

Məsələ ilə bağlı Medianews.az -a danışan turizm sahəsi üzrə ekspert Əziz Şiriyevin  sözlərinə görə Azərbaycan manatı  digər ölkələrlə müqayisədə daha dəyərlidir:

“Bizim valyutamız  xüsusi ilə Gürcüstan və Türkiyədə daha qiymətlidir. Azərbaycan manatı istər lirəyə, istərsə də lariyə qarşı  dayanıqlıdır. Ona görə də bizim üçün həmin ölkələrə getmək daha ucuz başa gəlir. Lakin nə Gürcüstanda, nə Türkiyədə turizm o qədər də ucuz deyil. Hazırda nəzərə alsaq ki, quru yolları bağlıdır və turistik ölkələrə hava yolları ilə getmək lazımdır. Bu özü də kifayət qədər maliyyə sərf olunmasına gətirib çıxarır”.

Eskpert hesab edir ki,  hotel sahibinə hər hansı  bir qüvvə bir başa təsir göstərə bilməz:
“Bu administrativ məsələdir. Ancaq tövsiyə xaraketrli ola bilər ki, daha çox turist cəlb etmək üçün sərfəli qiymətlər təyin etsinlər. Hazırda Azərbaycanda kənd turizmin inkişafına dair işlər gedir. Bölgələrə səfər  etmək daha ucuz başa gəlir. Ona görə də insanlar  kənd evlərinə üstünlük verir və  daha münasib evlərdə qalmağı tərciyə  edirlər. Beş ulduzlu hoteldə qalmaq şərt deyil. Əsas odur ki, yaxşı gəzəsən. Bizim insanlarımız beş ulduzlu hotellərə bahadır deyir, amma bayram günlərində həmin hotellərdə  rezerv üçün zəng etsən, yer olmayacaq. Hotel rəhbərliyi də görür ki, qiymət artımına rəğmən hotellərə təlabat çoxdur.

Ona görə də hotel rəhbərliyi qiymətləri  aşağı salmayacaq. Əgər insanlar bahadır deyib,  həmin bahalı hotellərə getməsə, hotel rəhbərliyi ovtomatik olaraq ya qiymətləri aşağı salacaq , ya da kampaniyalar etməyə məcbur olacaq. Biz o hallarla rastlaşmırıq. Əksinə, hotelləri hər dəfə  dolu görürük. Yanlız beş ulduzlu hotellərlə regionları qiymətləndirmək olmaz. Üç və dörd ulduzlu hotellər də var. Biz hazırda kadrların hazırlığı üzrə işlər görürük.Vaxtaşırı, aqro turlar,  eko turlar təşkil edirik. İnsanlar üçün bu turların təşkili daha doğmadır. Daha keyfiyyətli və yüksək xidmətlə bu işləri gördükdə təlabatın çox olacağını düşünürük”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR